RU

Nasazlıq olmadan 400 min km... - Ən etibarlı 4 Lexus avtomobili açıqlanıb

"Lexus" avtomobilləri çox nadir hallarda sıradan çıxan etibarlı premium avtomobillər kimi şöhrət qazanıb. Bəzi modellər ciddi sıradan çıxmadan yüz minlərlə kilometr yol qət edə bilir...

Poliqon xəbər verir ki, iSeeCars araşdırmasına əsasən, ən etibarlı 4 "Lexus" marka modeli müyyənləşdirilib. Mütəxəssislərin fikrincə, bu avtomobillər ciddi sıradan çıxmadan asanlıqla 400.000 kilometrdən çox yol qət edə bilər.

Ən etibarlı 4 "Lexus" modeli:

1. Lexus IS
2. Lexus GX
3. Lexus RX Hybrid
4. Lexus ES Hybrid

Üçüncü nəsil IS sedanı ən etibarlı müasir "Lexus" modeli kimi tanınıb. Mütəxəssislərin fikrincə, bu avtomobilin ciddi nasazlıqlar olmadan 400 min kilometrdən çox yol qət etmə ehtimalı 27,5% təşkil edir ki, bu da müasir modellər arasında orta göstəricidən 5,7 dəfə yüksəkdir.

Xatırladaq ki, üçüncü nəsil "Lexus" IS 2013-cü ildən istehsal olunur. Model "BMW 3 Series", "Mercedes-Benz C-Class", "Audi A4" və "Alfa Romeo Giulia" modellərinin rəqibidir.

Poliqon.info

Избранный
51
poliqon.info

1Источники