RU

Əbu-Dabi danışıqlarında iştirak edən rəsmilərin adları - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətlərinin tərkibi bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, danışıqlara Azərbaycan tərəfindən Baş nazir müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qatılıb.

Ermənistan tərəfindən isə müzakirələrdə Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və  parlamentin sədr müavini, Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndə Ruben Rubinyan iştirak edir.

Qeyd edək ki, hazırda Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.

 


Telegram kanalımız
Избранный
31
1
yenisabah.az

2Источники