RU

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.


Pravda.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.

Tarix: 4 Fevral 2026, 10:02   
Избранный
39
6
pravda.az

9Источники