RU

Azərbaycanın ən böyük xarici dövlət borcu hansı təşkilatlarıdır?

2026-cı il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci il üzrə faktiki ÜDM-in 6,3 faizinə bərabər olub. Manat ifadəsində xarici dövlət borcu 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilib.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2025-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcu mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb. İl ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitdən istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına nisbətən möhkəmlənməsi nəticəsində borcun dollar ifadəsində 49,8 milyon ABŞ dolları artımı qeydə alınsa da, vaxtı çatmış əsas borc üzrə 472,8 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi ümumi borc həcminin azalmasını təmin edib.

Hesabat tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalaraq fiskal dayanıqlığın möhkəmləndiyini göstərib.

Xarici dövlət borcunun strukturunda dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər 49,5 faiz, sabit faiz dərəcəsi ilə olan öhdəliklər isə 50,5 faiz təşkil edib.

Kreditorlar üzrə bölgüyə əsasən, 2026-cı il yanvarın 1-nə xarici dövlət borcu portfelinin 35,4 faizi Asiya İnkişaf Bankının, 28,8 faizi avrobondların, 13,7 faizi Dünya Bankının, 22,1 faizi isə digər kreditorların payına düşüb.

Избранный
38
12
banker.az

10Источники