RU

AİB Azərbaycanın da iştirak etdiyi karbonsuzlaşdırma üzrə layihəyə texniki yardımı təsdiqləyib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Hindistan, İndoneziya,Filippin, Türkmənistan və Özbəkistanın iştirak etdiyi, sənaye vədənizçilik kimi karbonsuzlaşdırılması çətin olan sektorlarınkarbonsuzlaşdırılmasına dəstək məqsədi daşıyan regional texnikiyardım layihəsini təsdiqləyib.

Bu barədə TrendAİB-ə istinadən məlumat verir.

Bilik və dəstək xarakterli texniki yardım layihəsi bir neçəmənbə hesabına maliyyələşdiriləcək. Bunlara Texniki Yardım üzrəXüsusi Fonddan 500 min ABŞ dolları, “Ağıllı” enerji üzrəİnnovasiyalar Fondundan 1 milyon ABŞ dolları və İspaniya TexnikiYardım üzrə Əməkdaşlıq Fondundan 750 min ABŞ dolları daxildir.

Təşəbbüs AİB-in əsas əməliyyat prioritetlərinə uyğundur. Buprioritetlərə gender bərabərliyinin təmin edilməsində irəliləyişinsürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və iqlim vəfəlakət dayanıqlığının gücləndirilməsi, ekoloji dayanıqlılığınartırılması, idarəetmə sisteminin və institusional potensialınmöhkəmləndirilməsi, eləcə də regional əməkdaşlıq və inteqrasiyanıninkişafı daxildir.

.Texniki yardım bankın inkişaf etməkdə olan üzv ölkələrinəemissiyaların azaldılmasının ən çətin olduğu sektorların - sementvə polad sənayesi, gübrə istehsalı, neft-kimya sənayesi və dəniznəqliyyatı kimi sahələrin dekarbonizasiyasının sürətləndirilməsindədəstək göstərilməsinə yönəlib və Paris Sazişinin hədəflərinəuyğundur. AİB-də qeyd edilib ki, bir sıra ölkələrdə keçid artıqbaşlasa da, müxtəlif inkişaf trayektoriyalarını nəzərə alaraqtransformasiyanın tempi əhəmiyyətli dərəcədə sürətləndirilməlidir.Eyni zamanda, bu keçid ədalətli və inklüziv olmalı, enerjixidmətlərinin əlçatanlığını, etibarlılığını və bərabər çıxışınıtəmin etməlidir.

Xüsusilə, texniki yardım layihəsi bir neçə ölkədə ilkin analitikişlərin aparılmasını və layihə portfellərinin formalaşdırılmasını,daha inkişaf etmiş və az inkişaf etmiş iqtisadiyyatlar arasındabilik və məlumat mübadiləsinin təşviqini, həmçinin regionaləməkdaşlığın inkişafını nəzərdə tutur. AİB vurğulayıb ki,karbonsuzlaşdırılması çətin olan sahələr üçün regional və qlobalstandartlar xüsusi əhəmiyyət daşıyır, əməkdaşlıq üzrə sazişlər isəsəmərəli ticarət mexanizmlərinin formalaşmasına töhfə verəbilər.

Texniki yardım çərçivəsində kompleks dəstəyə sahə və ölkə üzrəqiymətləndirmələrin aparılması, yeni biznes modellərininhazırlanması, ilkin texniki-iqtisadi əsaslandırmaların və digərtexniki tədqiqatların hazırlanması, seminarların və siyasidialoqların təşkili, karbonsuzlaşdırma texnologiyaları sahəsindəinstitusional potensialın gücləndirilməsi, eləcə də AİB və digərinkişaf tərəfdaşları tərəfindən sonradan maliyyələşdirilməsi üçünpilot layihələrin və investisiya portfellərinin formalaşdırılmasıdaxildir.

Məqalədə:
Избранный
25
az.trend.az

1Источники