RU

Sümük iliyinə ehtiyac duyan xəstələrin sayı açıqlandı - RƏSMİ

Sümük iliyi transplantasiyası üzrə ümumi gözləmə siyahısında olan xəstələrin sayı 500-ü keçib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yanvar ayı ərzində isə gözləmədə olan xəstələrin sayına təxminən 20 nəfər əlavə olunub.

Qeyd olunub ki, əksəriyyəti leykoz və anemiya xəstələridir. Sümük iliyi xəstələrinin əksəriyyəti 18 yaşadək uşaqlardır.

Избранный
19
teleqraf.com

1Источники