RU

90 yaşlı müəllim Ginnesin Rekordlar Kitabına düşdü

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Miçiqan ştatından olan 90 yaşlı ingilis dili müəllimi Beverli Hannett-Prays qadınlar arasında dillərin tədrisi üzrə ən uzunmüddətli pedaqoji fəaliyyətə malik şəxs kimi rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. O, 67 il eyni təhsil müəssisənə dərs dediyinə görə, bu nailiyyətə çatıb. Bu barədə UPI nəşri yazıb.

Hafta.az xəbər verir ki, Hannett-Prays "Detroit Country Day School" təhsil müəssində ingilis dili tədris edir. Rekord sertifikatı pedaqoqa onun şərəfinə təşkil olunmuş məktəb toplantısı zamanı təqdim edilib.

Qeyd edək ki, Beverli Hannett-Prays pedaqoji fəaliyyətinə 1958-ci ildə başlayıb. Onun keçmiş şagirdləri arasında "Toni" və "Emmi" mükafatlarının laureatı, aktyor Kortni B.Vens, aktyor Robin Uilyams və "Microsoft" şirkətinin keçmiş baş direktoru Stiv Balmer də var.

 

 
Избранный
11
1
hafta.az

2Источники