RU

Qustavo Petro: Kolumbiya ABŞ ilə kəşfiyyat əməkdaşlığını genişləndirib

Qustavo Petro: Kolumbiya ABŞ ilə kəşfiyyat əməkdaşlığını genişləndirib

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə əvvəllər verdiyi vədi yerinə yetirmədiyini, əksinə, bu sahədə əməkdaşlığı daha da genişləndirdiyini etiraf edib.

AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Petro qeyd edib ki, əməkdaşlığı ləğv etmək barədə qərarını elan etsə də, sonradan bu fikrindən daşınıb və əlaqələri daha da gücləndirib. O, bu addımını narkotrafik və onunla bağlı maliyyə axınlarının artıq bir ölkənin sərhədlərini aşması və qlobal təhlükəyə çevrilməsi ilə əsaslandırıb.

Xatırladaq ki, iki lider arasında münasibətlər 2025-ci ilin sonlarında kifayət qədər gərgin keçib. Noyabr ayında Petro ABŞ-ın Karib dənizindəki hərbi zərbələrinə etiraz olaraq kəşfiyyat mübadiləsini donduracağını bəyan edib. Lakin 2026-cı il fevralın 3-də Ağ Evdə keçirilən görüş tərəflər arasında "buzların əriməsi" ilə nəticələnib. Tramp görüşdən əvvəl Petronun son aylarda daha müsbət mövqe sərgilədiyini vurğulayıb. Görüşün sonunda tərəflər narkotiklərlə mübarizədə kəşfiyyat əməkdaşlığını yeni səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.

Petro ABŞ-ın onun ailəsinə qarşı tətbiq etdiyi sanksiyaları əsassız adlandırsa da, təhlükəsizlik sahəsində Vaşinqtonla tərəfdaşlığın davam etdirilməsini ölkəsinin maraqları üçün zəruri hesab edir.

Избранный
25
afn.az

1Источники