RU

Kreditlərlə bağlı mühüm xəbər: Mərkəzi Bank bu gün qərar verəcək

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ilk dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Faiz dəhlizinin parametrləri 4 fevral tarixində, günün birinci yarısında mediaya təqdim olunacaq.

Bəs gözləntilər nədən ibarətdir? 

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, qərara təsir edən bir neçə əsas amil mövcuddur:

“Kreditləşmə kifayət qədər yüksəkdir və bu, Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır. Uçot dərəcəsinin endirilməsinə mane olan əsas faktor inflyasiya və ümumi iqtisadi vəziyyətdir. Burada bir çox amil rol oynayır: Mərkəzi Bankın resurslarının həcmi, makroiqtisadi göstəricilər, xarici bazarlarda neft qiymətləri və əsasən inflyasiya səviyyəsi. Son dövrlərdə Aİ-92 benzinin qiymətində artım da inflyasiyaya müəyyən təsir göstərə bilər. Bildiyimiz kimi, ötən ilin dekabr ayında uçot dərəcəsi 0,25 faiz bəndi azaldılmışdı. Hesab edirəm ki, hazırkı şəraitdə növbəti endirmə ehtimalı olduqca aşağıdır. Teorik olaraq 0,25 faiz bəndi endirim mümkündür, lakin bu ssenari az ehtimaldır”.

Emin Qəribli

İqtisadçının fikrincə, Mərkəzi Bank daha çox gözləmə mövqeyi tutacaq:

“Qərarlar əsasən inflyasiyanın dinamikasından və iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Qonşu ölkələrdə kredit faizlərinin nisbətən sabit qaldığını görürük. Azərbaycanda isə 2025-ci ildə bank kreditlərinin həcmi artıb və bu artımın böyük hissəsi istehlak kreditlərinin payına düşür. Bu isə inflyasiyaya təzyiq yarada bilər. Problem odur ki, real sektora yönələn kreditlərdə ciddi canlanma müşahidə olunmur. Bizi narahat edən əsas məqam da budur”.

E.Qəribli əlavə edib ki, qlobal iqtisadi şərait Mərkəzi Bankların təsir imkanlarını xeyli məhdudlaşdırıb:

“Azərbaycanın maliyyə bazarı hələ tam inkişaf etməyib. Buna baxmayaraq, Mərkəzi Bank mövcud imkanları çərçivəsində addımlar atır. Düşünürəm ki, hazırkı mərhələdə faiz dərəcəsinin dəyişdirilməsindən daha çox gözləmə strategiyası üstünlük təşkil edəcək. İstək ola bilər, lakin imkanlar məhduddur”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
globalinfo.az

1Источники