Rusiyada 7-15 fevral tarixlərində sərçələrin ümumrusiya siyahıyaalınması keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Quşların Mühafizəsi İttifaqının üzvü Anna Mostovaya "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, həm ev, həm də çöl sərçələrinin iştirak etdiyi bu monitorinq hər il iki mövsümdə - fevral və avqust aylarının ikinci və üçüncü həftəsonlarında aparılır. Fevral ayı sərçələri saymaq üçün ən əlverişli vaxtdır, çünki bu dövrdə onlar kolluqların üzərində toplaşaraq ucadan cikkildəşirlər və hələ çoxalma dövrünə başlamayıblar.
"Sərçələrin və digər quşların yaşaması üçün insanların qayğısı və onların yaşayış mühitinə şüurlu yanaşma çox vacibdir", - deyə mütəxəssis vurğulayıb.
2025-ci ilin qış siyahıyaalınmasının nəticələrinə görə, Rusiyada qeydə alınan sərçələrin sayı təxminən 208 min fərd təşkil edib. Bu isə 2024-cü ilin göstəriciləri ilə müqayisədə 25% artım deməkdir. Əsas populyasiya bu bölgələrdə cəmləşib: