RU

Amerikalı senator İsveçrə bankında nasistlərə məxsus gizli hesablar aşkar etdiyini bildirib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrənin "Credit Suisse" bankının arxivlərində nasistlərlə əlaqəli 890 hesab müəyyən edilib.

Oxu.Az-ın məlumatına görə, "Reuters" bu barədə ABŞ senatoru Çak Qrasliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, audit zamanı Almaniya Xarici İşlər Nazirliyinə, silah şirkətinə və Qırmızı Xaça məxsus əvvəllər açıqlanmayan hərbi hesablar aşkar edilib.

Senator, həmçinin qeyd edib ki, Almaniya ordusunun iqtisadi qolunun bankda hesabı olubmuş. O əlavə edib ki, ABŞ tərəfi nasistlərin müharibədən sonra Argentinaya qaçmasına kömək edən sxem haqqında yeni detallar əldə edib.

Qeyd edək ki, İsveçrə bankları uzun illərdir nasistlərlə keçmiş əlaqələrini gizlətdikləri iddiası ilə tənqid olunur. 1999-cu ildə ölkənin iki ən böyük bankı olan UBS və "Credit Suisse" Holokostdan sağ çıxanların iddiaları üzrə 1.25 milyard dollarlıq təzminat ödəyiblər. 2020-ci ilin martında "Credit Suisse" yəhudi fəalların bankın nasist hesablarına sahib olması ilə bağlı ittihamlarından sonra könüllü araşdırmaya razılıq verib, lakin ABŞ Senatının Büdcə Komitəsi onun heç vaxt öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Senatın məlumatına görə, "Credit Suisse" əvvəllər açıqlanmamış ən azı 99 şəxsin hesablarına sahib olub. Onlar ya Almaniyada yüksəkvəzifəli nasist məmurları, ya da Argentinada nasistlərlə əlaqəli qrupların üzvləri olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
oxu.az

1Источники