RU

Azərbaycanda pensiya yaşı artırılır? Vacib açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il üzrə hesabatına görə, dünyada doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması əmək qabiliyyətli əhalinin payını kəskin azaldır. Proqnozlar göstərir ki, bu demoqrafik dəyişikliklər gələcək onilliklərdə dövlətlərin pensiya və sosial xərclərini artıracaq. Bu fonda əksər ölkələrdə pensiya yaşının artırılması məsələsi ciddi müzakirə edilir.

Azərbaycanda pensiya yaşının artması mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, əhalinin yaşlı təbəqəsinin sayca artması, orta və gənc yaş qruplarının isə pensiya yaşında olanlara nisbətən azalması sosial müdafiə sistemləri üçün ciddi risklər yaradır:

“Bu tendensiya Azərbaycanda da müşahidə olunur. Lakin müəyyən fərqlər var. Bir sıra inkişaf etmiş ölkələrdə mövcud pensiya və sosial sığorta sistemləri, eləcə də fiskal, büdcə siyasəti elə qurulub ki, əhalinin yaşlanması dövlət büdcəsi və ümumilikdə dövlət üçün ciddi təhlükə yaratmır. Bu ölkələrin əksəriyyətində özəl pensiya fondları fəaliyyət göstərir, eyni zamanda dövlətdənkənar sosial müdafiə mexanizmləri geniş tətbiq edilir. Bundan əlavə, maaşların yüksək olması vətəndaşlara əmək fəaliyyəti dövründə daha çox sosial sığorta və məcburi dövlət sosial sığorta haqları ödəməyə imkan verir. Nəticədə pensiya sığorta sistemi uzun illər ərzində formalaşıb və dayanıqlı struktur qazanıb”.

Pərviz Heydərov

İqtisadçı bildirib ki, Azərbaycanda pensiya sığorta sistemi nisbətən yeni mərhələdədir:

“Xüsusilə 2019-cu ildən sonra bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilib. Məhz bunun nəticəsi olaraq son altı il ərzində pensiyaların minimum məbləği 320 manata çatdırılıb, orta pensiya məbləği isə əhəmiyyətli dərəcədə artıb. Lakin yaşlı əhali təbəqəsinin sayının artması Azərbaycanın pensiya sistemi üçün də uzunmüddətli risklər yaradır. Bu baxımdan çıxış yolu ya pensiya yaşının mərhələli şəkildə artırılmasında, ya da pensiya sığorta sisteminin elə təkmilləşdirilməsində görülür. Yalnız bu hallarda dövlət büdcəsinin üzərinə düşən yük minimuma endirilə bilər”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
globalinfo.az

2Источники