RU

Tramp Putinlə telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

"Mən onunla danışmışam. İstəyirəm ki, o, (Ukraynadakı) müharibəni bitirsin", - deyə Tramp qeyd edib.

Amerika lideri söhbətin konkret nə vaxt baş tutduğunu və müzakirənin detalları barədə əlavə məlumat verməyib.

Fevralın 3-də Ağ Ev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək Rusiya və Ukrayna ilə üçtərəfli görüşün ikinci raundunda iştirak edəcəyini təsdiqləyib.

Избранный
25
publika.az

1Источники