RU

"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun pilotsuz uçuş aparatı (PUA) bütün tapşırıqları uğurla yerinə yetirib və əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları ötürüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, Amerikanın "F-35C" qırıcı təyyarəsi Ərəbistan dənizində "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşdıqdan sonra İranın pilotsuz uçuş aparatını vurub.

"Tasnim" bildirib ki, İran hakimiyyəti hazırda PUA ilə əlaqənin kəsilməsinin səbəbini müəyyən edə bilmir və məsələni araşdırır.

Eyni zamanda, mənbə qeyd edib ki, "Şahed-129" dronu normal və qanuni missiyasının bir hissəsi olaraq açıq sularda kəşfiyyat və fotoqrafiya aparırmış.

Избранный
21
far.az

1Источники