Fransalı yarımmüdafiəçi NQolo Kanté “Əl-İttihad”la müqaviləsinə xitam verildikdən sonra “Fənərbağça”ya transferini tamamlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu ilə 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Məlumata görə, sənədlərlə bağlı yaranmış problemlər aradan qaldırıldıqdan sonra FİFA transferi rəsmən təsdiqləyib və Kantenin qeydiyyatı qüvvəyə minib.

Beləliklə, “Fənərbağça” yeni mövsüm öncəsi heyətini dünya səviyyəli ulduzla gücləndirib.