RU

ABŞ da qismən şatdaun ləğv edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 4 fevral, AZƏRTAC

ABŞ Prezidenti hökumətin qismən bağlanmasına son qoymaq üçün Konqresdə qəbul edilmiş qanun layihəsini imzalayıb. AZƏRTAC-ın məlumatına görə, bununla da ölkədə şənbə günündən bu yana davam edən qismən şatdaun dayanıb. “Federal hökumətin dərhal yenidən açılması və maliyyə ilinin qalan hissəsi ərzində əməliyyatların böyük əksəriyyətinin maliyyələşdirilməsi üçün Birləşdirilmiş Təsisatlar Qanununu imzalamaqdan çox məmnunam”,-deyə Tramp Ağ Evdə imzalanma zamanı bildirib.

Layihə ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
6
azertag.az

9Источники