RU

Başqırdıstan rəhbəri: Bullinq təsdiqlənsə, direktor vəzifəsini itirəcək

Ufada gimnaziyaвф иullinq faktı təsdiqlənərsə, rəhbərlik qovulacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri məlumat yayıb.

Ufa şəhərində (Rusiya) yerləşən gimnaziyalardan birində pnevmatik silahı ilə hücum törədən yeniyetmə ilə bağlı araşdırmalar davam edir.

Başqırdıstan rəhbəri bildirib ki, əgər hadisəni törədən yeniyetmənin məktəbdə bullinqə (sıxışdırılmağa) məruz qalması faktı təsdiqlənərsə, gimnaziya rəhbərliyi dərhal vəzifəsindən kənarlaşdırılacaq.

Məlumata görə, hücum edən şagird bu yaxınlarda həmin təhsil müəssisəsinə köçüb. O, mütəmadi olaraq bullinqdən şikayətlənib, məktəbdə özünü “pis” hiss etdiyini deyib və sinif yoldaşları haqqında mənfi fikirlər səsləndirib.

Hadisə zamanı o, pnevmatik silahdan müəllimə və üç şagirdə atəş açsa da, xoşbəxtlikdən heç kim xəsarət almayıb. Yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
27
interpress.az

1Источники