RU

İran mediası: ABŞ-ın vurduğu PUA qanuni kəşfiyyat missiyasında olub

İran mediası: ABŞ-ın vurduğu PUA qanuni kəşfiyyat missiyasında olub

İran mediası ABŞ-ın vurduğunu elan etdiyi "Shahed-129" tipli pilotsuz uçuş aparatının (PUA) beynəlxalq sularda "rutin və qanuni" kəşfiyyat missiyası həyata keçirdiyini, görüntüləri bazaya uğurla ötürdüyünü və yalnız bundan sonra PUA ilə əlaqənin kəsildiyini xəbər verib.

İranın "Tesnim" xəbər agentliyinin adı açıqlanmayan hərbi rəsmilərə istinadən yaydığı məlumatda bildirilir ki, "Shahed-129" tipli PUA ilə beynəlxalq sularda planlı kəşfiyyat uçuşu zamanı əlaqə itib.

PUA-nın tapşırıq icrası zamanı əldə etdiyi görüntüləri bazaya müvəffəqiyyətlə ötürdüyü qeyd olunub. Bağlantının kəsilmə səbəbi ilə bağlı araşdırmalara başlanıldığı və təfərrüatların daha sonra paylaşılacağı ifadə edilib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman dənizində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İrana məxsus PUA-nın vurulduğunu bəyan etmişdi.

Избранный
36
afn.az

1Источники