RU

Epşteyn sənədlərində texnologiya dünyasının liderlərinə qarşı çoxsaylı iddialar yer alır

Epşteyn sənədlərində texnologiya dünyasının liderlərinə qarşı çoxsaylı iddialar yer alır

Aralarında İlon Mask və Bill Qeyts kimi texnologiya dünyasının qabaqcıl simalarının adlarının keçdiyi "Epşteyn sənədləri"ndə "pandemiya simulyasiyası" və adaya səfər planlaşdırma kimi bir çox mövzunu əhatə edən e-poçtlar üzə çıxıb.

ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə bir çox texnologiya şirkəti sahibinin adı hallanır.

İlon Mask və "ada səfəri" yazışmaları

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərdə adı keçən ən diqqətçəkən liderlərdən biri "X" platformasının sahibi və "Tesla"nın baş direktoru (CEO) İlon Mask olub. İddia edilir ki, Mask Karib dənizi bölgəsində Epşteynə məxsus adalara səfər təşkil etmək üçün onunla əlaqə saxlayıb.

CNN-in nazirlik sənədlərinə istinadən verdiyi xəbərə görə, Mask 13 dekabr 2013-cü il tarixli e-poçtunda Epşteynə ünvanlayaraq "Tətillərdə Britaniya Virciniya adaları/Sent-Barts bölgəsində olacağam. Ziyarət üçün uyğun vaxtınız varmı?" - deyə yazıb. Epşteyn isə iki gün sonra verdiyi cavabda yanvarın əvvəlinin uyğun olduğunu bildirib: "1-dən 8-nə qədər istənilən gün. Özünüz qərar verin. Sizin üçün hər zaman yer var".

Mask bu iddialara qarşı çıxaraq "Epşteyn məni adasına aparmağa çalışdı, mən isə rədd etdim", - deyə bəyanat yayıb. O, həmçinin "X" platformasında bildirib ki, uşaq istismarçılarına qarşı heç kim onun qədər mübarizə aparmayıb və bu iddialar ona qarşı qarayaxma kampaniyasıdır.

Bill Qeyts, Epşteyn və "pandemiya simulyasiyası"

Sənədlərdəki digər mübahisəli fiqur Bill Qeytsdir. İddialara görə, Qeytsin şəxsi ofisindən (bgc3) bir rəsmi şəxs Qeytsə göndərdiyi "iş planı və əhatə dairəsi" e-poçtunu eyni zamanda Epşteynə də göndərib.

E-poçtda Qeytsin beyin mərkəzi olan "bgc3" daxilində icra edilən və Epşteynə də göndərilən 5 layihə yer alıb. Bunların arasında "pandemiya simulyasiyası" başlıqlı layihənin də olduğu görülür. "Euronews"un məlumatına görə, bu yazışmalar Qeytsin bioloji müdafiə və neyrotexnologiya kimi ən məxfi layihələrindən Epşteyni xəbərdar etdiyini göstərir. Qeytsin nümayəndəsi isə bu ittihamları əsassız və cəfəngiyat adlandırıb.

"Google" təsisçiləri və digər liderlər

Reid Hoffman (LinkedIn): İlon Mask və Rid Hoffman bir-birlərini qarşılıqlı olaraq Epşteynin adasına getməkdə günahlandırıblar.

Sergey Brin və Larri Peyc (Google): Onların adları birbaşa cinsi istismarda deyil, daha çox Epşteynin "JP Morgan Chase" bankı ilə maliyyə əlaqələrində vasitəçilik etməsi kontekstində keçir.

Riçard Branson (Virgin Group): Bransonun 2013-cü ildə Epşteyni öz şəxsi adasına dəvət edərkən yazdığı "Hərəmini də gətirməyin şərtilə" ifadəsi sənədlərin ən çox müzakirə edilən hissələrindən biri olub.

Ceff Bezos (Amazon): CBS-in xəbərinə görə, 2009-cu il tarixli bir e-poçtda Peqqi Siqalın Qislen Maksvellin evində Bill Klinton və Ceff Bezos ilə birlikdə olduğu qeyd edilib.

Избранный
25
afn.az

1Источники