RU

ABŞ Oman dənizində İrana məxsus PUA-nı vurdu

ABŞ Oman dənizində İrana məxsus PUA-nı vurdu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman dənizində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan və İrana məxsus olduğu bildirilən bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu elan edib.

Amerikanın "Fox News" kanalına açıqlama verən CENTCOM rəsmiləri İrana məxsus olduğunu iddia etdikləri PUA-nın "F-35C" qırıcı təyyarəsi tərəfindən özünümüdafiə çərçivəsində vurulduğunu qeyd ediblər.

CENTCOM-un sözçüsü Tim Hokins də açıqlamasında "'USS Abraham Lincoln' aviadaşıyıcısı İranın cənub sahillərindən təxminən 500 mil (800 km) uzaqlıqda Ərəb dənizində hərəkət edərkən, İrana məxsus 'Shahed-139' tipli pilotsuz uçuş aparatı lüzumsuz şəkildə gəmiyə doğru manevr edib. Gəmidən havaya qalxan 'F-35C' qırıcı təyyarəsi özünü qorumaq, aviadaşıyıcını və heyəti müdafiə etmək məqsədilə İran PUA-sını vurub" deyib.

Sözügedən gəminin beynəlxalq sularda üzdüyünü qeyd edən amerikalı sözçü İranla gərginliyin artmaması üçün lazımi tədbirləri gördüklərini də sözlərinə əlavə edib.

Избранный
32
afn.az

1Источники