RU

Dron hücumuna baxmayaraq, ABŞ İranla danışıqları təxirə salmayıb

Uitkoff və İranın XİN rəhbəri arasında görüş planı dəyişməz qalır...

Ağ Ev İrana məxsus dronun vurulması hadisəsinə rəğmən Tehrandan olan nümayəndələrlə planlaşdırılan danışıqları ləğv edilmədiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt Fox News telekanalına müsahibəsində bildirib.

“Xüsusi nümayəndə Stiven Uitkoff bu həftə İran tərəfi ilə danışıqların keçirilməsinə dair hazırlıqları davam etdirir. Hazırda planlara heç bir təhlükə yoxdur”, deyə Levitt qeyd edib.

Mətbuat katibi həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı müxtəlif variantları, o cümlədən hərbi güc tətbiqini nəzərdən keçirir.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İran istehsalı Shahed-139 tipli pilotsuz uçuş aparatı (PUA) F-35 qırıcı təyyarəsi ilə vurulub. Pentaqonun açıqlamasına görə, dron “gəmiyə qarşı təhlükəli manevr” edib.

Axios nəşrinin məlumatına görə, danışıqların növbəti raundu fevralın 6-da İstanbulda keçiriləcək. Görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Ərağçı iştirak edəcək. Əsas mövzu İranın nüvə proqramı ilə bağlı yeni razılaşma imkanlarının müzakirəsi olacaq.

Məlumatlara görə, Vaşinqton İrana qarşı həm diplomatik, həm də hərbi təzyiq xəttini eyni vaxtda saxlamağa çalışır. Dron hadisəsi və sonrakı açıqlamalar bu ikili yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники