Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüş vaxtı açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna nümayəndələri Rusiya-Ukrayna sülh müqaviləsi üzrə əlavə danışıqlar aparmaq üçün çərşənbə günü Əbu-Dabidə üçtərəfli formatda görüşü davam etdirəcək: "Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşnerin çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna heyətləri ilə bir araya gələcək"
Lamiyə Əhmədli
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.