RU

Meksika və ABŞ sərhəddəki su ehtiyatlarının bölgüsü ilə bağlı razılığa gəliblər

Meksika və ABŞ sərhəddəki su ehtiyatlarının bölgüsü ilə bağlı razılığa gəliblər

Meksika və ABŞ hökumətləri sərhəddə yerləşən Rio-Bravo çayının su ehtiyatlarından istifadəyə dair yeni saziş imzalayıblar.

AFN.az xəbər verir ki, tərəflər ekstremal quraqlıq şəraitində suyun tədarükü mexanizmini tənzimləmək barədə ortaq məxrəcə gəliblər.

Meksika Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir ki, yeni plan 1944-cü ildə imzalanmış su bölgüsü müqaviləsinin mexanizmlərinə uyğun olaraq aydın bir yol xəritəsi müəyyən edir. Sənədin hər iki dövlətin suverenliyinə tam hörmət prinsipləri əsasında, uzunmüddətli texniki və siyasi müzakirələr nəticəsində ərsəyə gəldiyi vurğulanır.

Nazirlik qeyd edib ki, bu razılaşma insanların suya olan fundamental hüquqlarını təmin etmək və ərzaq təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Meksika tərəfi mövcud hidroloji vəziyyəti nəzərə alaraq, razılaşdırılmış minimum illik su həcmini tədarük etməyə hazır olduğunu təsdiqləyib. Bu prosesdə əsas üstünlük əhalinin içməli su ilə təminatına və kənd təsərrüfatı ehtiyaclarına veriləcek.

Xatırladaq ki, 1944-cü il müqaviləsinə əsasən, Meksika beşillik dövrlər daxilində ABŞ-a müəyyən həcmdə su ötürməyə borcludur. Lakin son illərdə davam edən uzunmüddətli quraqlıq səbəbindən Meksika tərəfi bu öhdəliyi yerinə yetirməkdə çətinlik çəkir və qrafikdən geri qalırdı. Bu vəziyyət xüsusilə Texas ştatındakı amerikalı fermerlərin etirazına səbəb olmuş və Vaşinqtonun diplomatik təzyiqlərini artırmışdı.

Избранный
28
afn.az

1Источники