RU

ABŞ hücumu təsdiqlədi: Tramp birbaşa əmr verdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı Ərəb dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Linkoln” aviadaşıyıcı gəmisinə doğru hərəkət edən İrana aid pilotsuz uçuş aparatının vurulduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlamasında bildirib.

Levittin sözlərinə görə, İranın “Şahed” tipli dronu ABŞ aviadaşıyıcı gəmisinə qarşı “aqressiv davranış” nümayiş etdirib və nəticədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi tərəfindən məhv edilib.

O vurğulayıb ki, bu addım regionda yerləşdirilən Amerika hərbi qüvvələrinin və texnikasının təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb və tamamilə haqlı və zəruri olub.

Ağ Evin sözçüsü əlavə edib ki, “USS Abraham Linkoln” aviadaşıyıcı gəmisi ABŞ Prezidentinin göstərişi ilə bölgəyə göndərilib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
globalinfo.az

1Источники