RU

Ağ Ev: Delsi Rodriqesin ABŞ-a səfəri müzakirə olunur

Ağ Ev: Delsi Rodriqesin ABŞ-a səfəri müzakirə olunur

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin ABŞ-a mümkün səfəri gündəmdədir, lakin hələlik bu barədə dəqiq qərar verilməyib.

AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Jurnalistlərin səfərin vaxtı ilə bağlı suallarını cavablandıran Levitt bildirib: "Hazırda məndə səfər tarixi yoxdur. Bilirəm ki, bu məsələ müzakirə edilib, lakin cari mərhələdə konkret planlar mövcud deyil".

Bununla yanaşı, Levitt Vaşinqtonun Karakasın siyasi məhbuslarla bağlı amnistiya qərarını məmnuniyyətlə qarşıladığını vurğulayıb. Xatırladaq ki, Rodriqes yanvarın sonunda siyasi məhbusların azad ediləcəyini elan etmişdi. Ağ Ev rəsmisi bu addımı müsbət qiymətləndirərək deyib: "Xanım Rodriqes bu öhdəliyi üzərinə götürdü və onu yerinə yetirdi. Biz onun öz vədlərini yerinə yetirməyə davam edəcəyini gözləyirik".

Избранный
28
afn.az

1Источники