RU

“Nintendo” 2,3 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nintendo” 2,3 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb.

Banco.azxəbər verir ki, Kioto mərkəzli istehlakçı elektronikası şirkəti “Nintendo” 2026-cı ilin aprel ayında başa çatacaq 2025-ci maliyyə ilinə dair yenilənmiş maliyyə hesabatı göstəricilərini ictimaiyyətlə bölüşüb.

Açıqlamaya əsasən, şirkətin xalis mənfəəti 2025-ci ilin aprel–dekabr dövründə əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə əlli bir tam onda üç faiz artaraq 358,8 milyard yenə, yəni 2,3 milyard dollara çatıb. Doqquz aylıq müddət ərzində şirkətin ümumi satış gəlirlərini 1,91 trilyon yenə, yəni 12,2 milyard dollara yüksəltməsi diqqət çəkib.

Maliyyə hesabatlarındakı gəlir artımında ötən il bazara çıxarılan “Switch 2” oyun konsoluna qlobal miqyasda güclü tələbin mühüm rol oynadığı bildirildi.

Açıqlamada “şirkətin ən populyar konsolu” kimi xarakterizə olunan cihazın sözügedən dövrdə dünya üzrə 17,37 milyon ədəd satıldığı qeyd olunub.

“Mario Kart World” kimi “Switch 2” konsolu istifadəçiləri üçün hazırlanmış oyun proqramlarının satış sayı isə doqquz aylıq dövrdə 37,9 milyonu keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
36
banco.az

1Источники