RU

Futbolda ofsayd qaydası dəyişdirilə bilər



Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 28 fevralda keçiriləcək illik ümumi yığıncağında ofsayd qaydalarının dəyişdirilməsini nəzərdən keçirəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə IFAB-ın mətbuat xidməti məlumat verib.

Daha əvvəl İspaniyanın AS qəzeti yeni qaydaların təsdiqlənəcəyi təqdirdə onun 2026/27 mövsümündən etibarən qüvvədə olacağını bildirmişdi.

Qeyd edək ki, yeni qaydaların nədən ibarət olacağı hələlik açıqlanmır.

Anar
Избранный
22
1
newscenter.az

2Источники