RU

Kişi voleybolçuların Yüksək Liqasında XII tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turun açılış qarşılaşması Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub. “Azərreyl” komandası “Gənclər” kollektivi ilə qarşılaşıb və oyunda tam üstünlük nümayiş etdirərək 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XII tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Избранный
19
90deqiqe.az

1Источники