RU

Azərbaycanla İsrail süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla İsrail süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycan ilə İsrail arasında süni intellekt sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

AFN.az-ın məlumatına görə, Yerusəlimdə baş tutan imza mərasimi barədə "Times of Israel" nəşri xəbər yayıb.

Sənədi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrail tərəfindən isə Milli Süni İntellektual Qərargahın rəhbəri Erez Eskel imzalayıblar. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahunun da iştirak etməsi hadisənin strateji əhəmiyyətini bir daha vurğulayıb.

Tərəflər arasında əldə olunmuş razılaşma bir neçə mühüm istiqaməti əhatə edir. Bura superkompüter infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının təhsil, tibb, nəqliyyat və digər mülki sferalarda tətbiqi, həmçinin bu sahədə mütəxəssis hazırlığı və birgə elmi tədqiqatların aparılması daxildir.

Baş nazir Benyamin Netanyahu qeyd edib ki, bu cür tərəfdaşlıq hər iki ölkəyə sürətlə inkişaf edən süni intellekt sahəsində daha böyük nailiyyətlər qazanmaq imkanı verəcək.

Избранный
70
afn.az

1Источники