RU

Səudiyyə Ərəbistanı Suriyada yeni özəl aviaşirkətə milyardlarla dollarlıq investisiya yatıracaq

Səudiyyə Ərəbistanı yeni yaradılacaq özəl Suriya aviaşirkətinə milyardlarla dollar həcmində sərmayə yatıracaq.

Bunu Suriyanın İnvestisiya Qurumunun rəhbəri Talal əl-Hilali deyib. “Reuters” agentliyinə verdiyi açıqlamada əlavə edib ki, investisiya müqaviləsinin şənbə günü elan ediləcəyi gözlənilir.

Bu addım Ər-Riyad ilə Dəməşq arasında münasibətlərin daha da dərinləşdiyini göstərir.

Əl-Hilali həmçinin əlavə edib ki, Səudiyyə investisiyaları rabitə və daşınmaz əmlak sahələrini, xüsusilə də köhnə şəhərlərdə həyata keçiriləcək layihələri əhatə edəcək.

İnvestisiyaların dəqiq həcmini açıqlamayan Talal əl-Hilali qeyd edib ki, planlaşdırılan investisiyaların əksəriyyəti anlaşma memorandumları ilə deyil, birbaşa icraya hazır müqavilələr əsasında olacaq.

Qeyd edilməlidir ki, keçən il Ər-Riyad daşınmaz əmlak, infrastruktur və rabitə sahələrində fəaliyyət göstərən 100-dən çox Səudiyyə şirkəti ilə imzalanmış 47 saziş çərçivəsində Suriyaya ümumilikdə 6,4 milyard ABŞ dolları həcmində investisiyalar yönəldib.

MənbəAPA
Избранный
5
2
banker.az

3Источники