RU

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində

Vəhşi heyvan kəndə hücum edib, onlarla ev quşalarını məhv edib.

Hadisə Xocavənd rayonunun Qırmızı Bazar Qəsəbəsində baş verib.

Kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, Vaşaq adlandırılan yırtıcı heyvan gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarına hücum edib və onları tələf edib.

Kənd sakini Elşən Soltanova məxsus 13 qaz, 5 ördək və onlarla toyuq yırtıcı heyvan tərəfindən məhv edilib.

Onlar kənddə belə vəhşi heyvanların çox olduğunu, uşaqlara xəsarət yetirəcəyindən ehtiyat etdiklərini bildiriblər.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Избранный
30
2
bizim.media

3Источники