RU

"Evi yox idi, balalarımı yurduma sahib çıxmaq üçün öldürüblər" -Həqiqətin anası danışdı

Cəlilabad rayonunda əmisi tərəfindən amansızcasına qətlə yetirilən 2012-ci il təvəllüdlü Nağıyeva Həqiqətin anası Xəyalə Məmmədova hadisə ilə Baku Tv-yə danışıb.

"Evdən nəsə götürürmüş, uşaq içəri girəndə baltadan istifadə edib"

Ana bildirib ki, faciə baş verən zaman evdə olmayıb:

"Uşaqlarla evdə idim, sonra çörək almaq üçün dükana getdim. Qayıdanda gördüm ki, iki qardaş - Nağıyev Orxan və Nağıyev Əliqismət, onların ailə üzvləri yolda dayanıb mənə baxa-baxa nəsə danışırlar. Sonradan bildim ki, körpə balalarımı balta ilə doğrayıblar. Məni evə buraxmadılar ki, qan itirsin, ölsün".

Xəyalə Məmmədovanın sözlərinə görə, hadisədən sonra şübhəli şəxs arvadını da götürərək qaçıb:

"Mülk üstündə olub. Evi yox idi, balalarımı mənim yurduma sahib çıxmaq üçün öldürüblər. Günahsız balamı doğradılar. Ən ağır cəzanı istəyirəm, balamın qanı yerdə qalmasın".

Избранный
18
4
aznews.az

10Источники