RU

Əmisinin baltaladığı 12 yaşlı oğlanın vəziyyəti - Açıqlandı

Cəlilabadda əmisi tərəfindən baltalanan 12 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb. 

Bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cəlilabadda 12 və 14 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. 
Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Избранный
13
6
7news.az

7Источники