RU

2027-ci ilə qədər Azərbaycanda KOB ödənişlərinin rəqəmsallaşması sürətlənəcək

Bakı. Trend:

Azərbaycanda kiçik və orta biznes(KOB) ödənişlərininrəqəmsallaşması 2027-ci ilədək əhəmiyyətli dərəcədəsürətlənəcək.

Trend-inməlumatına görə, bu barədə “Mastercard” tərəfindən AzərbaycanMərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycandarəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədindədeyilir.

“ Azərbaycanda rəqəmsallaşma templəri 2017-ci ildən etibarənsürətlənərək, 2023-cü ilin sonuna olan məlumata əsasən, KOB-larınödənişlərində təxminən 5–10 faizə, istehlakçı ödənişlərində isə 32faizə çatıb. 2025-ci ilə qədər istehlakçı ödənişlərindərəqəmsallaşma payının 40 faizə yaxınlaşacağı gözlənilir. Mövcudrəqəmsallaşma təkanını və dünyada oxşar rəqəmsallaşma təcrübəsinəmalik ölkələrin strategiyalarının tətbiqi nəzərə alınmaqla, 2027-ciilin sonunadək istehlakçı ödənişlərində rəqəmsallaşmanın 65 faizə,KOB ödənişlərində isə 15–20 faizə çatdırılması potensialımövcuddur”,-deyə sənəddə qeyd olunur.

Sənəddə vurğulanır ki, həm istehlakçıların, həm də KOB-larınödənişlərində rəqəmsallaşmanın hər hansı artımı qarşılıqlıgücləndirici əlaqə sayəsində digər kateqoriyanın darəqəmsallaşmasını stimullaşdırır. Bu kontekstdə Azərbaycanda bütünmaraqlı tərəflər — banklar, qlobal tərəfdaşlar, dövlət qurumları vəfintex şirkətləri mühüm rol oynayır.

Məqalədə:
Избранный
20
3
az.trend.az

4Источники