
Qeyd olunub ki, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əlaqələr ildən-ilə inkişaf edir. Əməkdaşlıq tarixi-mədəni irsin qorunması və bərpası, musiqi, teatr, incəsənət təhsili, memarlıq, dizayn və s. kimi geniş spektri əhatə edir. Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin aktiv fəaliyyətini xüsusi vurğulayıb.

Səfir Luka Di Canfrançesko görüşə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Diplomat həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda tarixi-dini mirasın bərpasına verdiyi töhfələri minnətdarlıqla yada salıb.
Söhbət zamanı İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az