RU

"Pfizer" bir neçə piylənmə dərmanının təsdiqini hədəfləyir

Bakı. Trend:

ABŞ-nin iri dərman istehsalçısı "Pfizer" COVID-19 məhsullarınatələbatın azalması və bir sıra köhnə dərmanlarının patentmüddətinin başa çatmasına baxmayaraq, müsbət maliyyə nəticələriəldə etdiyini açıqlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, şirkət bundan əvvəl yaxın illərdəçətinliklərlə üzləşəcəyini və 2029-cu ilə qədər gəlir artımınaqayıtmağı gözləmədiyini bildirmişdi.

"Pfizer" bu dövrü yeni blokbaster dərmanların hazırlanması iləgeridə qoymağı planlaşdırır. Bu istiqamətdə əsas ümidlərdən biripiylənməyə qarşı dərmanlardır.

"Pfizer" ötən il piylənmə dərmanı istehsalçısı "Metsera"şirkətini almaq üçün 10 milyard dollar sərmayə yatırıb və bu sahədə"Novo Nordisk" ilə gedən rəqabətdə üstünlük əldə edib. Şirkətbununla sürətlə böyüyən arıqlama dərmanları bazarında mövqeyinigücləndirməyi hədəfləyir.

Qeyd edək ki, şirkət 2028-ci ildə bir neçə potensial piylənmədərmanının təsdiqini almağı planlaşdırır.

Избранный
15
az.trend.az

1Источники