RU

Rusiya Asiyada daha bir müttəfiq tapdı: Bloomberg təfərrüatları açıqladı

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bu həftə Rusiya və Myanma Rusiyanın prezidenti Vladimir Putinin təhlükəsizlik məsələləri üzrə baş müşavirinin bu ölkəyə səfəri zamanı hərbi əlaqələri gücləndirib. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu, ölkədə hakim olan xuntanın Qərb demokratiyaları və BMT tərəfindən saxta adlandırılan seçkiləri başa çatdırmasından sonra baş verib.

Rusiya KİV-lərinin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən ay səsvermə başa çatdıqdan sonra ölkəyə səfər edən ilk xarici rəsmi şəxs olub. Bu gün, fevralın 3-də o, paytaxt Naypyidoda xuntanın rəhbəri Min Aunq Xlainqlə görüşüb.

"Moskvadan hərtərəfli dəstəyə, o cümlədən beynəlxalq arenada tam şəkildə arxalana bilərsiniz”, deyə Şoyqu bildirib.

Bundan əlavə, Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov və Myanmanın müdafiə naziri Maunq Maunq Aye dörd illik hərbi əməkdaşlıq sazişi imzalayıblar.

Myanmanın İnformasiya Nazirliyinin açıqlamasına görə, tərəflər iki ordu arasında hərbi taktika və təlimlər sahəsində gələcək əməkdaşlığı da müzakirə ediblər.

"Xüsusi diqqət təhlükəsizlik məsələlərinə yönəldilib. Buraya informasiya texnologiyaları, kibercinayətkarlıqla mübarizə, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri arasında təmaslar daxildir”, deyə Şoyqu əlavə edib.

"Bloomberg” xatırladır ki, 2021-ci il çevrilişindən sonra ölkəyə nəzarət edən Myanma xuntası, tənqidçilərin fikrincə nə azad, nə də ədalətli olan ümumxalq seçkiləri keçirməklə beynəlxalq legitimlik qazanmağa çalışır. Müxalifətin əsas partiyaları qadağan edilib, davam edən vətəndaş müharibəsi isə bir çox bölgələrdə səsverməni mümkünsüz edib.

Rusiya KİV-ləri Şoyqunun səfər zamanı Myanmaya Rusiyanın Ukraynada apardığı müharibəyə görə "anlayış” göstərdiyinə üçün təşəkkür etdiyini də sitat gətirib.

BMT və digər Qərb ölkələri Myanmadakı səsverməni dəstəkləməsə də, Çin və Rusiya seçkilərin uğurla keçirildiyini bəyan edib.

"Əsas məqsəd – Myanma rəhbərliyinə seçkilərin uğurla keçirilməsinə görə dəstək ifadə etmək və ölkənin beynəlxalq arenada təcrid olunduğu barədə kənardan zorla sırınan yalan narrativlərə qarşı çıxmaqdır”, deyə Şoyqu vurğulayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
qaynarinfo.az

1Источники