Rusiyanın çərşənbə axşamı etdiyi kütləvi hücum bir daha Moskvanın sülh danışıqlarına sadiq olmadığını təsdiqləyir.
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
"Rusiya hücum etməyə davam edir. Bu, onların sülhə ciddi yanaşmadıqlarını göstərir", - deyə Rutte qeyd edib.
O, Qərb tərəfdaşlarının Rusiyaya təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam edəcəyinə əmin olduğunu bildirib:
"NATO gələcək illərdə Ukraynanın yanında olacaq. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimiz, sizin sülhünüz bizim sülhümüzdür. Bu, ədalətli və davamlı olmalıdır".