RU

Fyodor Çalov Türkiyə klubuna transfer olunmağa yaxındır - SON DURUM

Rusiyalı mərkəz hücumçusu Fyodor Çalov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Adnan Süzgün yayıb.

Məlumata görə, hazırda Yunanıstanın PAOK klubunun formasını geyinən futbolçunun xidmətində "Kayserispor" maraqlıdır. Mənbə tərəflərin danışıq apardıqlarını vurğulayıb.

2024-cü ildən PAOK-un uğurları üçün çalışan Fyodor cari mövsüm klubunun forması ilə 22 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun yunanlarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

"Kayserispor" bu qış rusiyalı vinger Denis Makarovu da rənglərinə bağlayıb.

Nihat 

Избранный
4
fanat.az

1Источники