RU

İspaniyada 16 yaşından kiçik uşaqlara sosial media hesabları qadağan edilir

İspaniya Baş naziri Pedro Sançez Dubayda keçirilən Dünya Hökumət Sammitində 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinin qadağan ediləcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, rəqəmsal platformalara nəzarət gücləndiriləcək, administratorlar pozuntulara görə məsuliyyətə cəlb olunacaq.

Sançez həmçinin nifrət və ayrı-seçkilik xarakterli çıxışları izləmək üçün sistem yaradılacağını və ölkəsinin “Rəqəmsal Hazırlıq Koalisiyası”na qoşulacağını bildirib. O, sosial medianın təhlükəli tendensiyalarına görə ABŞ-li iş adamı İlon Maskı da tənqid edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
12
missiya.az

1Источники