RU

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vətən Müharibəsi haqqında yeni film çəkilir.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsinin motivləri əsasında “Namazov” filminin çəkilişlərinə start verilib.

Bu barədə filmin ssenari müəllifi və rejissoru Xəyal Rza bildirib. Beş hərbçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film, bəşəri ideyalara əsaslanır.

Əməliyyat zamanı düşmən uşağını xilas edən Namazov qəhrəmancasına şəhid olur.

Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçiriləcək.

Filmdə komandir obrazını Xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandıracaq.

Filmin bədii rəhbəri görkəmli kinorejissor, xalq aristi Oktay Mir-Qasım, texniki məsləhətçisi tanınmış kinooperator Rafiq Əliyev, quruluşçu operatoru Məmməd Əmindir.Filmin istehsalçısı Khayali Mediadır.

Cem Yılmazın yeni filminin heyəti açıqlandı

Qəzet - Yukio Mişimanın hekayəsi

Kamal Abdullanın "Unudulmaz seçmələr"i çap olundu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
kulis.az

2Источники