UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl” kapitanı Camal Lassellsi “Lester”ə satıb.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi 2014-cü ildən çıxış etdiyi “Nyukasl”da 253 rəsmi oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə keçiriləcək.