Kriştianu Ronaldu cari mövsümün sonunda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən ayrılmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.
Məlumata görə, 40 yaşlı superulduz özünü indiki klubunda xoşbəxt saymır. Mənbə "Əl-Nəsr"in portuqaliyalı hücumçunu 50 milyon avroya sata biləcəyini vurğulayıb. Ronaldunun Avropada və ya MLS liqasında oynamaq istədiyi bildirilib.
Kriştianu 2023-cü ildən Səudiyyə Ərəbistanındadır. Sözügedən futbolçunun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.
Nihat