RU

Köhnə marşrutlar, yararsız nəqliyyat, narazı sakinlər - Novxanı Kanalqırağı sakinləri çıxış yolu axtarır

Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri uzun illərdir normal ictimai nəqliyyatla təmin olunmadıqlarını bildirirlər. 

Missiya.Az-a daxil olan şikayətə görə, 2010-cu ildə “Geologiya” dəmir yolu stansiyasının bağlanmasından sonra əhalinin şəhərə və iş yerlərinə gediş-gəlişi ciddi şəkildə çətinləşib.

Sakinlərin sözlərinə görə, hazırda əraziyə xidmət göstərən nəqliyyat vasitələri köhnə və yararsızdır, pik saatlarda isə sərnişin sıxlığı yaranır. Axşam saatlarında nəqliyyatın fəaliyyətinin məhdud olması səbəbindən insanlar 3–4 km məsafəni piyada getməyə məcbur qalırlar.

Şikayətdə qeyd olunur ki, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem bu günədək həllini tapmayıb. Əhali “Geologiya” dəmir yolu stansiyasının bərpasını və Azadlıq metrostansiyasından Novxanı Kanalqırağına müasir avtobus xəttinin açılmasını istəyir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan hələki sorğumuza cavab verilməyib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
22
missiya.az

1Источники