RU

Bakıda "JEK"lər ləğv edilməyəcək - RƏSMİ

Ötən ilin 23 dekabrında Nazirlər Kabineti “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 408 nömrəli qərar qəbul edib. Qərara əsasən, köhnə JEK/MKİS strukturlarının bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MMC) yaradılması təşəbbüsü irəli sürülüb. Bu addım yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən MKİS-lərin işinin təkmilləşdirilməsini hədəfləyir.

Modern.az məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlayıb. Hakimiyyət orqanından bildirilib ki, sözügedən qərar Bakı şəhərinə şamil edilmir:

“Bakıda MKİS-lər ləğv olunmayacaq. Lakin yeni qurum yaradılacaq. Qurumun adı və vəzifə səlahiyyətləri dəyişdiriləcək. Digər detallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edəcəyi yeni qərarla müəyyən olunacaq”.

Qeyd olunub ki, yanvarın 26-da “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti kommunal xidmətlərin təmin edilməsi məqsədilə müxtəlif növ malların satın alınması üçünümumi dəyəri 23 milyon 863 min 427 manat 72 qəpik olan tender elan edilib.

İcra Hakimiyyətindən bildirilib ki, ayrılan vəsait hesabına Bakı şəhəri üzrə tullantı qablarının alınması nəzərdə tutulur.

Qurumdan qeyd olunub ki, tullantı qabları kütləvi istismar şəraitində tez sıradan çıxdığı üçün yeniləri ilə əvəz ediləcək.

Eyni zamanda binaların fasadlarının təmiri də planlaşdırılır. Belə ki, bina üzləri suvanacaq, müxtəlif boya materiallarından istifadə olunacaq. Təmir işlərindən sonra yanğın təhlükəsinin yaranmayacağı bildirilib.

İcra Hakimiyyətindən o da vurğulanıb ki, Mənzil-Kommunal İstismar Sahələrində (MKİS) çalışan işçilər üçün yeni geyim formaları alınacaq.

Qeyd edilib ki, 23 milyon manatlıq vəsaitin xərclənməsinə cavabdeh qurum “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir.

Избранный
11
2
turkustan.az

3Источники