RU

ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi Kremldən reaksiya

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya ABŞ və Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərini nəzərdə tutan dəstək planına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov danışıb.

O, sözügedən planı “manipulyasiya” adlandıraraq, Rusiyanın belə bir razılaşmanı qəbul etməyəcəyini vurğulayıb.

Kartapolovun sözlərinə görə, bu cür açıqlamalar Moskvaya təzyiq məqsədi daşıyır.

“Hələ sülh sazişi imzalanmayıb və gələcək sənədlərin məzmunu barədə danışmaq əsassızdır. Belə bəndlər mümkün sülh razılaşmasında yer ala bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” (FT) nəşri məlumat yayıb ki, Ukrayna, ABŞ və Avropa ölkələri Moskva ilə Kiyev arasında sülh razılaşmasını dəstəkləmək üçün çoxşaxəli plan hazırlayıb.

Bildirilir ki, eskalasiya genişmiqyaslı hücuma çevrilərsə, ilk atəşkəs pozuntusundan 72 saat sonra ABŞ-ın iştirak etdiyi və Qərb tərəfindən dəstəklənən qüvvələrin əlaqələndirilmiş hərbi əməliyyatları başlayacaq.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
globalinfo.az

1Источники