Rusiya ordusu 71 müxtəlif növ raket və 450 PUA iləUkraynaya hava hücumları təşkil edib.
Sitat.info xəbər verir ki, Ukrayna HHQ Komandanlığının açıqlamasına görə, Rusiya Ukraynanın müxtəlif bölgələrini hədəf alan raket və PUA hücumları həyata keçirib.
Bəyanatda Rusiya ordusunun bu hücumda İsgəndər-M və S-300 ballistik raketləri, X-101, X-22, X-32 və İsgəndər-K kruiz raketləri, eləcə də Tsirkon və Oniks hipersəs raketləri daxil olmaqla ümumilikdə 71 raketdən istifadə etdiyi bildirilir.
Bəyanatda həmçinin Rusiyanın Ukraynaya "Şahad", "Gerbera" və "Italmas" tipli ümumilikdə 450 PUA atdığı qeyd olunur. Hava hücumundan müdafiə qüvvələri 38 raket və 412 PUA-nı zərərsizləşdirib.
Bəyanatda ölkənin bəzi bölgələrinə qarşı hava hücumları təhlükəsinin davam etdiyi vurğulanıb.
Ukrayna Prezidenti Vladimir Zelenski sosial media paylaşımında Rusiyanın ölkəsinə hava hücumlarına reaksiya verib.
Zelenski Rusiya ordusunun Ukraynanın Sumı, Xarkov, Kiyev, Dnepropetrovsk, Odessa və Vinnitsa bölgələrinə hücum etdiyini qeyd edərək bildirib ki, hücumda 9 nəfərin yaralandığı məlumdur.
Zelenski Rusiyanın Ukraynadakı enerji və mülki infrastrukturu hədəf aldığını bildirib: "Rusiya üçün qışın ən soyuq günlərindən istifadə edərək insanları terror etmək diplomatiyadan istifadə etməkdən daha vacibdir".
Müttəfiq ölkələri Rusiyaya təzyiqi artırmağa çağıran Zelenski deyib ki, bu müharibə Rusiyaya təzyiq göstərmədən bitməyəcək: "Moskva indi terror və eskalasiyanı seçir, buna görə də maksimum təzyiq lazımdır".
Məğrur,
Sitat.info