RU

Marukyan: Türkiyə ilə sərhəd açılarkən Ermənistanın maraqları qorunmalıdır – ÖZƏL

"İşıqlı Ermənistan" Partiyasının sədri Edmon Marukyan Türkiyə-Ermənistan sərhədi açılmazdan əvvəl ölkənin iqtisadiyyatını, torpağını və mülkiyyətini qoruyan qanunların qəbul olunmasını təklif etdiyini bildirib.

Olaylar.az xəbər verir ki, Marukyan bu barədə "Facebook" səhifəsində paylaşım edib. O qeyd edib ki, yayımladığı qısa videomaterialda heç bir tənqid olmayıb, sadəcə dövlətyönlü mövqe, təklif və fəaliyyətə çağırış yer alıb.

Siyasətçinin sözlərinə görə, videodan sonra sosial şəbəkələrdə müxtəlif erməni ad və soyadları ilə fəaliyyət göstərən hesablar tərəfindən təhqiramiz ifadələr və nifrət dolu ittihamlarla hücuma məruz qalıb.

"Ortaya sual çıxır: bu istifadəçilər kimlərdir? İnanmaq istəmirəm ki, Ermənistan-Türkiyə sərhədi açılarkən dövlətimizin hüquqi baxımdan qorunmamış və həssas vəziyyətdə olmasını istəyən ermənilər var", - deyə Marukyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники