UEFA-nın rəsmi saytı Çempionlar Liqasının liqa mərhələsinin ən maraqlı rəqəmlərini və faktlarını yayınlayıb.
"Football-plus.az" xəbər verir ki, onların sırasında "Qarabağ"la bağlı məqamlar da var.
Hesabatda qeyd edilir ki, “Qarabağ” Azərbaycan tarixində Çempionlar Liqasının qrup mərhələsində qələbə qazanan ilk komanda olub. Onlar birinci turda “Benfika”nı 3:2 hesabı ilə məğlub edib. Həmçinin, “Qarabağ” UEFA turnirlərində alman rəqibini məğlub edən ilk Azərbaycan klubu kimi tarixə düşüb. Qurban Qurbanovun komandası buna 15-ci cəhddə nail olub.
"Köhlən atlar" 7-ci turda “Ayntraxt” üzərində 3:2 hesablı qələbə qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта