Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.
"Yeni Sabah" armenpress-ə istinadlan xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan danışıb.
Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.
Hazırda bunun üçün heç bir texniki maneənin olmadığını bildirən Xudatyan hələlik konkret vaxt çərçivələrinin müəyyən edilmədiyini deyib.
Telegram kanalımız